
Həsənov Eldar. Açiq mənbələrdən foto.
Eldar Həsənov Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir vəzifəsindən geri çağırılıb
Bakı/17.08.20/Turan: Avqustun 17-də dövlət başçısı Eldar Həsənovun Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ötən həftənin sonlarında Həsənov maliyyə cinayətləri törətmək (mənimsəmə, səlahiyyətləri aşma) ittihamı ilə həbs edilib. Amma, demək olar ki, bütün müşahidəçilər həbsin siyasi səbəbi olduğunu düşünürlər. -02D-
Rəy yaz