Лука Волонте
Əli Həsənov vaxtından əvvəl sevinib
Bakı/15.02.18/Turan: İtaliyalı deputat Luka Volontenin üzərindən ittihamın götürülməsi ilə bağlı Milli Məclisin deputatı Elxan Süleymanlının və prezidentin köməkçisi Əli Həsənovun sevinci vaxtından əvvəl oldu.
Belə ki, italiyalının üzərindən pulların yuyulması ittihamı götürülüb, korrupsiya ittihamı isə qalır. Bu barədə araşdırmaçı jurnalist, beynəlxalq jurnalist araşdırmaları şəbəkəsinin (OCCRP) üzvü Xədicə İsmayılova Facebook səhifəsində yazıb.
Luka Volonte Avropa Sabitlik Təşəbbüsü beynəlxalq QHT-nin araşdırdığı "kürü diplomatiyası" qalmaqalının fiqurantıdır.
O, Azərbaycandan 2,3 mln. avro almaqda ittiham olunur. Həmin vəsait 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatın baş tutmaması məqsədilə bir sıra AŞPA deputatlarıın ələ alınmasına sərf edilib.
2016-cı ildə Milan prokurorluğu L.Volonteyə qarşı təhqiqata başlayaraq ona ittiham irəli sürüb.
Ancaq bu günlərdə Milli Məclisin deputatı Elxan Süleymanov, onun ardınca isə prezidentin köməkçisi Əli Həsənov sevinclə bildiriblər ki, L.Volontenin üzərindən bütün itihamlar götürülüb.
Lakin bu gün X.İsmayılovanın yazdığı kimi, L.Volontenin üzərindən ancaq pulların yuyulması ittihamı götürülüb. Bu o deməkdir ki, məhkəmə L.Volontenin Azərbaycan hökumətinə yaxın adamlardan alınan pulları yuyulduqdan sonra qaytarmadığını təsdiqləyib. Rüşvət almaq ittihamı isə qalır. Həmçinin L.Volontenin deputat toxunulmazlığı götürülüb, X.İsmayılova yazıb.
"Bu, dəhşətli piardır. Jurnalistləri hədələməklə və məhkəmə haqqında yalan söyləməklə xarici KİV-lərə də rüşvət barədə xatırlatdılar, Azərbaycan və Avropa Şurasındakı korrupsiya haqda danışmağa səbəb oldular. Bu, çox qeyri-peşəkarcasına edildi", - X.İsmayılova E.Süleymanov və Ə.Həsənovun bəyanatları ilə bağlı bildirib.
L.Volonteyə qarşı korrupsiya ittihamının qalmasını onun vəkilləri də təsdiqləyiblər.-06D-
-
- Cəmiyyət
- 15 Fevral 2018 16:57
Siyasət
-
Litva Prezidenti Gitanas Nauseda, dekabrın 30-da, bir neçə insanın həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Telefon zəngində Nauseda, İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzuladığını və bu çətin dövrdə xalqımızla həmrəyliyini ifadə edib.
-
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub. İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, tərəflər “Azərbaycan Hava Yolları”nin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını müzakirə ediblər.
-
Qroznı aeroportunun dispetçeri dekabrın 29-da AZAL-ın təyyarəsinin raketlə vurulmasından sonra uçuşları qadağan edən “Kover” planının tətbiq olunduğunu təsdiqləyib.
-
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 29-da Suriyaya səfəri çərçivəsində Dəməşqdə bu ərəb ölkəsinin müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd Həsən Əl-Şibani ilə görüşüb.
Rəy yaz