Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum ediblər
Bakı/17.06.22/Turan: 16 iyun 2022-ci il tarixində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhəri haqda hazırladığı “Qarabağa aparan yol” sənədli filminin Azərbaycanın Mədəniyyət Mərkəzində təqdimatı olub. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Film Azərbaycanın 30 il əvvəl Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs edir. Ermənilərin Azərbaycan ərazilərini işğal etdiyi dövrdə baş verən dağıntılar, şəhərlərin, kəndlərin, bütün infrastrukturun dağıdılması göstərilir.
Mərasim zamanı FRA Nor Seround adlı erməni daşnak təşkilatının gəncləri mərkəzə hücum edib. Nəticədə azərbaycanlı iştirakçı Aytən Muradova zərər çəkib.
“Fransada bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarını şübhə altına alan xoşagəlməz hadisənin baş verməsi ikiqat təəssüf doğurur. Parisin mərkəzində belə bir hadisənin baş verməsindən təəssüfləndiyimizi bildirir və ümid edirik ki, hadisənin təhrikçilərinin hərəkətlərinə Fransa qanunlarına və beynəlxalq hüquqa uyğun qiymət veriləcək”, - deyə məlumatda bildirilir. -02D-
-
- Qafqaz
- 17 İyun 2022 19:09
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz