president.az
Ermənistan humanitar yük adı altında silah daşıyır – İ.Əliyev
Bakı/16.10.20/Turan: İran, Gürcüstan və Rusiya rəsmi olaraq Ermənistana silah göndərmir, bu barədə prezident İlham Əliyev Türkiyənin A Haber telekanalına müsahibəsində bildirib.
“İrandan Ermənistana silah göndərildiyi haqqında məlumatımız yoxdur. İran və Gürcüstan Ermənistana hərbi daşımalar üçün hava məkanını və quru sərhədlərini bağlayıb. Bizdə olan məlumata görə, Ermənistana qaçaqmalçılıq yolu ilə, humanitar yük adı altında mülki təyyarələr və yük təyyarələri ilə silah daşınır”, deyə Əliyev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə şimali İran ərazisindən keçən Rusiya zirehli texnikası daşıyan dəmiryolu qatarları haqqında videokadrlar geniş yayılır. Qeyri-rəsmi məlumatlara görə, bu texnika Ermənistan üçün nəzərdə tutula bilər.
Bundan başqa, Türkiyə ABŞ-dan Ermənistana humanitar yük daşıyan təyyarələr üçün öz hava məkanını bağlayıb. Bunun səbəbi mülki reyslərlə Ermənistana silah daşınması haqqında məlumatlardır. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz