Açiq mənbələrdən foto.
Ermənistan Roma Statutunu ratifikasiya edib, Yerevan Moskva ilə münasibətləri gərginləşdirir
Bakı/03.10.23/Turan: Ermənistan parlamenti bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib və onun qərarlarını yerinə yetirmək öhdəliyi götürüb. Bu barədə Lenta.ru RT-yə istinadla məlumat yayıb.
Respublika parlamentində müxalifət məsələnin müzakirəsində iştirak etməkdən imtina edib. "Ermənistan" və "Şərəfim var" fraksiyaları iclası tərk edib.
Bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Yerevana BCM-nin Nizamnaməsinin ratifikasiyasının Moskva ilə münasibətlərdə mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq etmişdi.
Bu ilin martında BCM Haaqada Rusiya prezidenti Vladimir Putinin və RF prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal edilmiş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə şübhəli bilinir.
Rusiyada BCM-nin qərarını tənqid ediblər. Rusiya BCM-in yurisdiksiyasını qəbul etmir, onun qərarlarını isə mənasız hesab edir, deyə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. 06В
Siyasət
-
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 10 faiz artırılması haqqında fərman imzalayıb.
-
Bazar ertəsi prezident İlham Əliev Sloveniyanın Azərbaycanda yeni səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
-
AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 301
-
- Cəmiyyət,
- 14:38
- 345
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz