Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/03.10.23/Turan: Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayerə 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə təbrik məktubu göndərib.

"Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk", deyə Əliyevin məktubunda bildirilir.

Azərbaycan prezidenti iki ölkə arasında "siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı" məmnuniyyətlə qeyd edir.

"Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir", deyə Əliyevin AFR prezidentinə məktubunda bildirilir. 06D

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti