
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
Bakı/16.09.23/Turan: Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.
-
- Siyasət
- 16 Sentyabr 2023 14:54
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz