
Bakı/21.07.23/Turan: Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Moskvada xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Ermənistan məsləhətləşmələrinin keçiriləcəyini təsdiqləyib.
TASS-ın məlumatına görı, o bu barədə, cümə günü Şuşada keçirilən Qlobal Media Forumunda deyib. “Yaxın günlərdə Moskvada danışıqların daha bir raundu keçiriləcək”, - deyə Əliyev bildirib.
Erməni tərəfi də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada gözlənilən görüşü barədə məlumatı təsdiq edib.-0-
Rəy yaz