Sarasadat Khademalsharieh
Hicabını atan iranlı şahmatçı İspaniya yığmasının heyətində Bakıda keçirilən dünya kubokunda iştirak edir
Bakı/02.08.23/Turan: Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku 26 yaşlı İran əsilli şahmatçı Sarasadat Xademalşəhriyənin iştirakı ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Qız ötən il İranda hicabın məcburi geyinilməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra məşhurlaşıb.
Qazaxıstanda keçirilən beynəlxalq turnirdə onun yarışa hicabsız çıxması İran hakimiyyətinin kəskin tənqidinə səbəb olub.
Bundan sonra o, İspaniyaya mühacirət edib və dünya çempionatı ərəfəsində İspaniya vətəndaşlığını alıb.
O, Bakıda İspaniya millisində çıxış edir.
Yüksək reytinqə görə Sarasadat mübarizəyə ikinci raunddan - 1/32 finaldan başlayır.
Bu gün o, İndoneziyadan olan Aulia Medina Varda ilə görüşür.
İndoneziyalı 1/128 finalda filippinli Frayna Janelle Maeni 1,5:0,5 hesabı ilə məğlub edib. 06В
-
- Cəmiyyət
- 2 Avqust 2023 14:49
-
- Aktual Reportaj
- 2 Avqust 2023 15:49
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz