Фото: prezident.az
İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib. AZƏRTAC-ın xəbərinə görə, Ər-Riyad şəhərinin "King Salman Air Base" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.
Ötən gün Ağ Ev bildirib ki, prezident Tramp "müsəlman aləmini ümumi düşmənə qarşı" birləşdirmək üçün Səudiyyə Ərəbistanına gedir.
"Səudiyyə Ərəbistanında islam liderləri ilə söhbət edəcəm və tələb edəcəm ki, onlar öz dinlərinin dinc gələcəyi üçün yol salmaqla ekstremizmə, nifrətə qarşı mübarizə aparsınlar", - Tramp vurğulayıb.
DW geyd edir ki, seçki kampaniyası zamanı Trampın söylədiyi antiislam fikirlərə rəğmən, müsəlman ölkələrinin liderləri demək olar ki, onunla görüş öncəsi ruh yüksəkliyi nümayiş etdirirlər.-0-
-
- Dünyada
- 21 May 2017 13:16
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz