İlham Əliyev Ştefan Füleni qəbul edib

Sentyabrın 9-da dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanla Avropa İttifaqının əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xəbəri ölkə prezidentinin mətbuat xidməti yayıb. -16D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti