Ilham Aliyev and Ersin Tatar
İlham Əliyev və Ersin Tatar türk xalqları arasında əlaqələrin inkişafını müzakirə ediblər
Bakı/10.08.22/Turan: Avqustun 9-da Konyada İslamiadanın açılışı münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarı qəbul edib.
"Görüş zamanı Türkiyədə türk dünyası xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb", - dövlət başçısının saytında bildirilir.
Söhbət zamanı “türk dünyası xalqlarının tarixi bağlara əsaslanan əlaqələrinin humanitar, mədəni, təhsil və idman sahələrində genişləndirilməsinin vacibliyinə” də toxunulub. 06B
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz