İnsan Hüquqlarını Müdafiə Evləri Şəbəkəsi Turan-ı müdafiə edib

Bakı/17.08.17/Turan: Azərbaycan Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açmaqla müstəqil KİV-in məhvi istiqamətində daha bir addım atıb. Bu barədə insan hüquqları və söz azadlığı sahəsində onlarla beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqlarını Müdafiə Evləri Şəbəkəsinin bəyanatında deyilir.

Müstəqil KİV-ə qarşı mübarizə çərçivəsində Azərbaycan hakimiyyəti beynəlxalq QHT-ləri və KİV-i ölkəni tərk etməyə məcbur edib, müstəqil KİV-i hədəfə alıb, bəzilərini xaricdən oğurlamaqla, ayrı-ayrı jurnalistlərə qarşı cinayət təqiblərinə başlayıb, fəalları və hüquq müdafiəçilərini məhkəmə təqiblərinə məruz qoyub.

Son vaxtlar repressiyalar beynəlxalq və yerli KİV-in veb-saytlarının bağlanmasında özünü göstərib, indi isə Turan-a qarşı təqiblər başlayıb.

"Turan və artıq bağlanmış digər müstəqil KİV-lər olmadan Azərbaycanda media-məkan tamamilə hökumətin əlində olacaq", deyə HRHF-nin direktoru Mariya Dale bildirib.

"Biz hakimiyyəti Turan-a və digər müstəqil jurnalistlərə qarşı ittihamlardan əl çəkməyə, habelə müstəqil KİV-in açıq, məlumatlı və korrupsiyadan uzaq cəmiyyət yaradılmasında oynadığı böyük rolu etiraf etməyə çağırırıq", deyə Mariya Dale qeyd edib.

"Turan 1990-cı ildə təsis edilmiş, mükafatlara layiq görülmüş, Azərbaycanda siyasət, iqtisadiyyat, energetika, maliyyə, mədəniyyət və idman kimi mövzular haqqında dəqiq məlumatlar dərc edən informasiya agentliyidir.

Onun dəqiq və geniş fəaliyyəti onillər ərzində hadisələr haqqında obyektiv məlumat verməklə, hökumətin nəzarəti altında olan rəsmi xəbərlərlərə tarazlığı təmin edib.

2012-ci ildə Turan-ın direktoruna "İnsan hüquqları" şəbəkəsinin mükafatını təqdim edən Mariya Dale deyib: "Mehman Əliyev Azərbaycanda fikri ifadə azadlığı və hüquqlar uğrunda cəsur və peşəkar mübarizə aparan söz azadlığı cəmiyyətinin lideridir".

" Azərbaycanın müstəqil KİV-i boğması şahmat oyunu olsaydı, Turan-a qarşı ittihamlar kralın məğlubiyyəti olardı", deyə Mariya Dale əlavə edib.

Vergi məmurları Turan-ı 2014-cü ildən etibarən gəlirləri kiçiltməkdə ittiham edir və vergi və digər rüsumların ödənilməsi adı altında 37 000 manatdan çox (18 000 avro) pul tələb edir. 2017-ci il avqustun 16-da hakimiyyət Turan-ın ofisində axtarış aparıb.

Vergi məmurlarının təqdim etdiyi məhkəmə qərarı onların ofisdə axtarış aparmasına imkan vermirdi, amma buna baxmayaraq, onlar yenə də axtarış aparıblar.

"Xüsusən, hakimiyyətin müstəqil KİV-i vergi ödənişindən yayınmaqda ittiham etməsi həyasızlıqdır, bir halda ki, onların əksəriyyəti korrupsionerdirlər və vəsaitləri offşor hesablara köçürürlər", deyə Mariya Dale bildirib.

Turan-ın təqibi prezident İlham Əliyevin jurnalistlərə dəstəyini bəyan edərək, onlara pulsuz mənzillər verməsindən qısa müddət sonra baş verir.

Amma çoxları iddia edirlər ki, jurnalistlərə mənzillərin və digər dəyərli hədiyyələrin verilməsi hakimiyyətə loyal olan jurnalistlərin və KİV işçilərinin mükafatlandırılmasıdır, deyə bəyanatda qeyd edilir. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti