Kəlbəcər rayonu istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub
Bakı/01.05.22/Turan: Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.-0-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz