Açiq mənbələrdən foto.
"Laçın" SBM-yə qarşı silahlı təxribat törədilib, Azərbaycan sərhədçisi yaralanıb
Bakı/15.06.23/Turan: "15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır", bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Yaralanmış hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.
"Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", deyə Azərbaycan DSX-nin məlumatında bildirilir. 06B
Siyasət
-
Amnesty International beynəlxalq hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs olunmuş yeddi jurnalistin və media işçisinin azad edilməsi tələbilə kampaniyaya başlayıb.
-
Hüquq müdafiəçisi Rüfət Səfərov həbs olunmadan əvvəl ona ABŞ Dövlət Departamentinin mükafatından imtina etmək üçün təzyiq göstərilib. Bu barədə Səfərovun Facebook hesabında dərc olunmuş müraciətində deyilir.
-
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində regionda uzuznmüddətli sülhün bərqərar olması ilə bağlı təkliflərini dərc edib. Bu təkliflər arasında o, Azərbaycana təkcə beynəlxalq məhkəmələrdə deyil, ümumiyyətlə də qarşılıqlı iddialardan imtina etməyi təklif edib.
Rəy yaz