![Mayın 28-i Azərbaycanda Respublika Günüdür](https://turan.az/resized/media/2013/main/052700037707-750-500-resize.webp)
Mayın 28-i Azərbaycanda Respublika Günüdür
Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. Respubika Günü rəsmi dövlət bayramıdır və iş günü deyil. Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya müharibəsi və Rusiya imperiyasında mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olan siyasi proseslər başa çatdıqdan sonra mümkün olub. Lakin Rusiya imperiyası Cənubi Qafqaz xalqları arasında təfriqələr salmaqla, onların Zaqafqaziya konfederasiyasında birləşməsinə imkanı verməyib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması 1918-ci il mayın 28-də elan edilib. Bununla da AXC Şərqdə yaranan ilk demokratik dövlət olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında qəbul edilib. Milli Şuranın ilk başçısı isə böyük öndər Məmməd Əmin Rəsulzadə olub.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilir. 10 gün Milli Şura Tiflisdə işləyir, sonra Gəncəyə köçürülür. Gəncədə Milli Şura öz işini dayandıraraq, səlahiyyətlərini hökumətə verir.
Yalnız 1918-ci ilin sentyabrında - Bakı Rusiyapərəst qüvvələrdən alınandan sonra hökumət Gəncədən Bakıya köçür. AXC Versal sülh konfransında de-fakto tanınıb. AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də işğalçı sovet qoşunları Azərbaycana soxularaq ölkəni işğal edib.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək dövlət müstəqilliyini bərpa edib.-06D-
-
- Cəmiyyət
- 27 May 2013 19:27
-
- İqtisadiyyat
- 28 May 2013 11:10
Siyasət
-
İyulun 26-da “III Respublika Platforması” bəyanat yayaraq, bu qurumun həbsdə olan rəhbəri Akif Qurbanovun azyaşlı uşaqlarının elektron cihazlarının qanunsuz ələ keçirilməsinə diqqət çəkiblər.
-
İyulun 19-dan iyulun 26-dək Xankəndidə 24 avtomat, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 441 mərmi, 3118 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilib, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
-
Prezident İlham Əliyev fərmanla müdafiə sahəsində hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişi təsdiq edib.
-
Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun məhkəməsində digər təqsirləndirilən Elnur Vaqıfoğlunun ifadəsi dinlənilib.
Rəy yaz