Məhkəmə Gözəl Bayramlı barəsində qətimkan tədbirini dəyişdirməyib
Bakı/07.11.17/Turan: Çərşənbə axşamı Bakının Nəsimi rayon məhkəməsində Babək Pənahovun sədrliyi ilə Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib, bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.
Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək, deyə vəkil bildirib.
* Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onun üzərinə 12 min dollar qoyulub və 206.1-ci (qaçaqmalçılıq) maddə ilə cinayət işi açılıb. Bayramlı hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. -03C06-
-
- Cəmiyyət
- 7 Noyabr 2017 16:05
-
- Söz istəyirəm
- 7 Noyabr 2017 16:27
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz