Мазахир Панахов
Məzahir Pənahovun ATƏT DTİHB missiyası ilə görüşü
Bakı/21.02.18/Turan: Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkədə seçkiqabağı vəziyyətlə tanış olmaq üçün gəlmiş missiyası ilə görüşüb.
MSK-nın mətbuat xidmətinin məlumatına görə, qonaqlar Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.
Pənahov MSK-nın "beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu" qeyd edib və qonaqlara ölkənin seçki sistemi haqqında ətraflı məlumat verib.
O, həmçinin prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən həyata keçirilən tədbirlər haqqında danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
ATƏT DTİHB-nin missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında hesabat hazırlamaq məqsədilə gəlib. Missiyanın rəyləri əsasında təşkilatın seçki kampaniyasının, seçkilərin və səslərin hesablanması prosesinin monitorinqi üçün müşahidəçilər göndərməsi haqqında qərar qəbul ediləcək.-06D-
Siyasət
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
-
Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu barədə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Rəy yaz