
Bakı/03.04.23/Turan: Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı nəticəsində deputat Fazil Mustafanın həyatına sui-qəsddə şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İdarədən qeyd ediblər ki, daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Hələlik saxlanılanların kimliyi və cinayətin motivləri barədə məlumat verilmir.
Yerli KİV-in məlumatına görə, həbs əməliyyatı Qaradağ rayonunda həyata keçirilib.
Mustafa martın 28-də axşam saatlarında Zabrat kəndində yaşadığı evin qarşısında odlu silahdan açılan atəş nəticəsində yaralanıb.—06B-
Rəy yaz