Milli Şura həbsdə olan Cəmil Həsənli, Əli Kərimli və digərləriniə azadlıq tələb edir
Bakı/ 17.11.18 / Turan: "Bu gün, 17 noyabr 2018-ci il tarixində, saat 15.00 radələrində Milli Şuranın Şəhidlər Xiyabanında Milli Dirçəliş Günü münasibətilə keçirdiyi ziyarətə kobud və qanunsuz polis müdaxiləsi olub. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli də daxil çox sayda Milli Şura və AXCP fəalı saxlanılıb. Dəqiqləşməmiş məlumatlara görə saxlananların sayı 40 nəfərə yaxındır. Axşam saatlarınadək saxlanılan əqidə dostlarımız, o cümlədən Cəmil Həsənli və Əli Kərimli haqqında heç bir məlumat əldə edə bilməmişik. Onların ailələri və vəkillə əlaqəsinə maneə yaradılır. Biz aralarında yaşlı insanlar və qadınlar da olan saxlanılanların səhhətindən də narahatıq". Bu sözlər Milli Şuranın bəyanatındandır.
Milli Şura olaraq bəyan edirik ki, Azərbaycan tarixinin ən önəmli bayramlarının birində- Milli Dirçəliş günündə Azərbaycan vətəndaşlarının Şəhidlər Xiyabanını ziyarət edərək vətənimizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini anmasına polis tərəfindən güc tətbiq etməklə kobud müdaxilə edilməsi Azərbaycan hakimiyyətinin antimilli mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Ölkənin əsas müxalifət təşkilatlarının - Milli Şuranın və AXCP-nin liderlərinin həbsi Azərbaycan hakimiyyətinin ölkəni hətta avtoritarizm standartlarından da aşağı salaraq sərt diktatura rejimi qurmaq, ölkəni Şimali Koreyaya, Türkmənistana çevirmək istiqamətində ardıcıl fəaliyyətinə əyani bir sübutdur. Milli Şura və AXCP olaraq bəyan edirik ki, hətta bizim üçün ən böyük itkilərdən sayıla biləcək siyasi liderlərimizin həbsi də bizi Əliyev rejiminə qarşı açıq və prinsipial mübarizəmizdən yayındıra bilməyəcək. AXCP sıralarında hal-hazırda 16 siyasi məhbus var, bu məhbusların sayının 56 olması belə Azərbaycanda rejim dəyişikliyinin və demokratiyanın qələbəsinin qarşısını ala bilməyəcək.
"Biz ölkənin bütün vicdanlı insanlarını, siyasi qüvvələrini, vətəndaş cəmiyyəti fəallarını və azad mediasını bu şərəfli və alternativsiz mübarizədə bizimlə birlikdə olmağa səsləyirik. Azərbaycan hakimiyyətindən diktatorların acı taleyini təkrarlamaq istəmirlərsə, hörmətli Cəmil Həsənli, hörmətli Əli Kərimli və digər əqidədaşlarımızı dərhal azad etməyi tələb edirik", - deyə bəyanatın sonunda vurğulanır.-0-
-
- Cəmiyyət
- 17 Noyabr 2018 16:21
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz