Photo TURAN.
Mixalko: “Avropa İttifaqı Azərbaycanda müstəqil medianı dəstəkləməyə hazırdır”
Bakı/04.05.22/Turan: Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko Ümumdünya Mətbuat Günü münasibətilə keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən öz həyatları üçün risklərlə üzləşirlər, hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi.
Turan-ın “Avropa İttifaqı Azərbaycanda müstəqil mediaya dəstəyə hansı töhfəni verə bilər” sualına cavabda Mixalko deyib ki, bu məsələ Azərbaycanın rəsmi strukturları ilə dialoqun mövzusudur. Əsasən media haqqında yeni qanun da müzakirə mövzusu olub, yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərməməsinin vacibliyi qeyd edilib.
Onun sözlərinə görə, Avropa İttifaqı jurnalistlərin, o cümlədən ölkənin regionlarında jurnalistlərin peşəkarlığının artırılması layihələrilə mətbuatı dəstəkləyə bilər. Bundan əlavə, Azərbaycan mediası “Şərq tərəfdaşlığı” çərçivəsində regional layihələrdən yararlana bilər.
Almaniyada readmissiyadan sonra həbs olunanların taleyi məsələsinin hakimiyyətlə müzakirə edilib-edilməməsilə bağlı sualın cavabında Mişalko qeyd edib ki, insan hüquqları Avropr İttifaqının əsas dəyərləridir.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlərdə həm fərdi xarakterli, həm də ümumilikdə insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunur ki, bunlara əməl edilməsi Avropa Şurası çərçivəsində öhdəlikdir. 06B
Siyasət
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəy yaz