
Photo TURAN.
Mixalko: “Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycan məhsullarının Avropa bazarına çıxışını genişləndirəcək”
Bakı/04.05.22/Turan: Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişafı iştirakçı ölkələrin öz istəyindən asılıdır. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko çərşənbə günü mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən gün Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün sorğunun birinci mərhələsinə cavabları təqdim ediblər. Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir. Son zamanlar yüksək səviyyəli qarşılıqlı səfərlər fonunda sənəd üzərində işlər intensivləşib ki, bu da tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, onun ixracının 51 faizinin nin Avropa bazarının payına düşdüyünü vurğulayan Mixalko deyib ki, yeni saziş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq.
“Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək”, - Mixalko bildirib. 06C
-
- Cəmiyyət
- 4 May 2022 17:58
-
- İqtisadiyyat
- 4 May 2022 18:07
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz