Maria Zakharova.
Moskva Azərbaycanla Ermənistan arasında sülh bağlanmasına yardım etməyə hazırdır
Moskva/17.03.22/Turan: Moskva Bakı və Yerevanın sülh müqaviləsinin hazırlanmasına başlamağa hazır olmasını alqışlayır və danışıqlar prosesinə kömək etməyə hazırdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz Bakı və Yerevanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına başlamağa hazır olmasını alqışlayırıq və danışıqlar prosesinə hərtərəfli yardım etmək əhval-ruhiyyəsində olduğumuzu təsdiq edirik", - cümə axşamı Zaxarova brifinqdə deyib.
O əlavə edib ki, hələlik sülh müqaviləsinin imzalanma vaxtı barədə danışmaq tezdir. -02D-
-
- İqtisadiyyat
- 17 Mart 2022 15:01
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz