Müdafiə Nazirliyində Pentaqon nümayəndəsi qəbul edilib

Bakı/12.10.17/Turan: Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev cümə axşamı ABŞ müdafiə nazirinin köməkçisi Laura Kuperlə görüş keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər Azərbaycan-Amerika hərbi əməkdaşlığının perspektivlərini və Azərbaycan sülhməramlı kontingentinin Əfqanıstanda NATO missiyasına verdiyi töhfəni müzakirə ediblər. Həmçinin, tərəflər regionda təhlükəsizlik məsələlərinə toxunublar. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti