Arxiv
Müxalifətçilər kütləvi şəkildə saxlanılır
Bakı/19.10.19/Turan: Oktyabrın 19-da səhər polis fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanovanı saxlayıb. O, Nizami rayonundakı 25 saylı polis idarəsinə aparılıb.
Daha sonra həyat yoldaşının taleyindən xəbər almaq üçün polisə gedən fəalın atası da saxlanılıb.
Bu zaman şöbədə Əmiraslanovanın halı pisləşib və ona təcili yardım çağırılıb. Bu barədə evlərində olan Qiyas İbrahimov özü bildirib. Onun sözlərinə görə, evinin qarşısında mülki geyimli şəxslər növbə çəkir. -21B-
Siyasət
-
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də axşam Turan agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün COP29 çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüş keçirib.
-
Bakının yaxınlığında yerləşən 1-ci Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan jurnalist İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dünən dayandırdı. Məclis.info saytının rəhbəri olan Əliyev, hərəkətlərində cinayət tərkibi olmadığını əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi.
-
Almaniya Avropada hərbi münaqişənin genişlənməsinin qarşısını almağa çalışır və bunun üçün səy göstərir. Müharibənin başlamasından min gün keçdiyi bir vaxtda Putin təkcə Ukraynanı deyil, Baltika ölkələrini və Polşanı da təhdid edir. Bu barədə noyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında Almaniyanın XİN başçısı Annalena Berbok Rusiyanın Ukraynaya qarşı ballistik raketlərdən istifadə etməsindən sonra Berlinin Kiyevə "Taurus" raketləri verib-verməyəcəyi haqqında suala cavabda bildirib.
Rəy yaz