NATO Türkiyə səmasında mühafizəni gücləndirir
Türkiyənin NATO üzrə müttəfiqləri ölkənin hava məkanının qorunması ilə bağlı tədbirlərin müzakirəsini genişləndiriblər, The Wall Street Journal yazır.
İndiyədək alyansın iştirakı bir neçə Patriot HHM sisteminin yerlşdirilməsi ilə məhdudlaşdırılmışdı, lakin Ankaraya yeni, daha çevik vasitələrin təklifi planlaşdırılır.
Rusiya təyyarəsi vurulmadan öncə ABŞ Türkiyədə F-15 qırıcılarının yerləşdiriləcəyini bildirmişdi. Həmçinin Türkiyə ərazisində Britaniya aviasiyası yerləşdiriləcək.
Bundan əlavə, Aralıq dənizinə Almaniya və Danimarkanın gəmiləri çıxarılacaq, WSJ yazır.
NATO nümayəndələri bildiriblər ki, alyans əlavə tədbirlər qismində Patriot kimi HHM sisteminin yerləşdirilməsini və NATO komandanlığının himayəsi altında hərbi-dəniz qüvvələrinin gücləndirilməsini nəzərdən keçirir.
“Bu, Türkiyə üçün zəmanət sisteminin bir hissəsidir”, - NATO baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib.
O qeyd edib ki, yaxın həftələrdə regionda əlavə qüvvələrin yerləşdirilməsi barədə qərar qəbul ediləcək. -02D-
-
- Söz istəyirəm
- 2 Dekabr 2015 11:08
-
- İqtisadiyyat
- 2 Dekabr 2015 12:56
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz