Naxçıvan Penitensiar Xidmətinin keçmiş rəhbəri 10 il həbsə məhkum edilib
Naxçıvan Penitensiar Xidmətinin keçmiş rəhbəri 10 il həbsə məhkum edilib
Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hakim Hüseyn Məmmədovun sədrliyilə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovu 10 il müddətinə azadlıqdan məhrum edib.
Hökmə əsasən, Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün müvafiq orqana təqdimat göndəriləcək.
Tofiq Həsənov 2023-cü ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311 (rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə) maddələrlə ittiham olunub.
Rəy yaz
-
- Cəmiyyət
- 3 Aprel 2024 17:37
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
1 rəy
Тогрул
2024-04-03
При особом желание по этим статьям можно привлечь любого работника пенитанциарной системы мздоимства. Что не является странным после ареста мздоимство не прекращалось не на минуту.