Açiq mənbələrdən foto.
Norveç Helsinki Komitəsi Azərbaycanda qəbul edilmiş "Media haqqında" qanunu tənqid edib
Norveç/10.02.22/Turan: Prezident Əliyev tərəfindən media haqqında yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək. Bu barədə Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.
Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək.
Qanun yerli və beynəlxalq tənqidlərə məruz qalıb, ölkə jurnalistləri prezident Əliyevi insan hüquqlarını daha da pozan və müstəqil jurnalistikanı məhdudlaşdıran sənədi ləğv etməyə çağırıb.
Avropa Şurasının insan hüquqları üzrə komissarı prezident Əliyevi qanunu üzərində işlənməsi və söz və media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentə qaytarmağa çağırmışdı.
Norveç Helsinki Komitəsi qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar.
Qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.
Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlər daxil ediləcək. Jurnalistlərin uzun illərdir saxta ittihamlarla daim həbs edildiyini nəzərə almaqla, bu şərt bir çox jurnalisti işləmək hüququndan məhrum edir və senzuranı leqallaşdırır.
Bundan başqa, hakimiyyət artıq bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.
"Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir", deyə bəyanatda qeyd edilir. -16B-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün COP29 çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüş keçirib.
-
Bakının yaxınlığında yerləşən 1-ci Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan jurnalist İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dünən dayandırdı. Məclis.info saytının rəhbəri olan Əliyev, hərəkətlərində cinayət tərkibi olmadığını əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi.
-
Almaniya Avropada hərbi münaqişənin genişlənməsinin qarşısını almağa çalışır və bunun üçün səy göstərir. Müharibənin başlamasından min gün keçdiyi bir vaxtda Putin təkcə Ukraynanı deyil, Baltika ölkələrini və Polşanı da təhdid edir. Bu barədə noyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında Almaniyanın XİN başçısı Annalena Berbok Rusiyanın Ukraynaya qarşı ballistik raketlərdən istifadə etməsindən sonra Berlinin Kiyevə "Taurus" raketləri verib-verməyəcəyi haqqında suala cavabda bildirib.
-
Noyabrın 22-də Bakıda COP29-un keçirildiyi məkanda beynəlxalq fəallardan ibarət bir qrup "İnsan hüquqları yavaş-yavaş ölür" şüarı altında aksiya keçiriblər.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 310
Rəy yaz