![Oktyabrın 10-da Cəmil Həsənli mətbuat konfransı keçirəcək](https://turan.az/resized/media/2013/main/100900052903-750-500-resize.webp)
Oktyabrın 10-da Cəmil Həsənli mətbuat konfransı keçirəcək
Oktyabrın 10-da saat 11.00-da prezident seçkilərinin gedişi və ilkin nəticələri ilə bağlı Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli yerli və beynəlxalq jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Bu barədə Cəmil Həsənlinin Seçki Qərargahı məlumat yayıb.
Mətbuat konfransı Müsavat Partiyasının qərargahında olacaq.
Konfransda Cəmil Həsənlinin Seçki Qərargahının ilkin hesabatı təqdim olunacaq. -03B-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz