Açiq mənbələrdən foto.
Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin açılmasının mümkünlüyünü bildirib
Bakı/21.12.21/Turan: Tbilisidə olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyünü bildirib.
"Bildirmək istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə keçirilmiş görüşlərin nəticələrinə əsasən, avtomobil əlaqəsinin bərpası ilə bağlı Azərbaycanla razılığa gəlmək imkanı yaranıb", - Paşinyan deyib.
O bu bəyanatı Tbilisidə ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında səsləndirib.
"Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək", - deyib.
Paşinyan xatırladıb ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı İlham Əliyevlə prinsipial razılıq əldə olunub. Baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq. – 02B-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz