Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib
Bakı/15.02.18/Turan: Prezident İlham Əliyev Floridada baş vermiş terror aktı nəticəsində 17 nəfərin həlak olması ilə əlaqədar ABŞ prezidenti Donald Trampa başsağlığı verib.
"Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - başsağlığı məktubunda deyilir.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz