Prezident İlham Əliyev MDB liderlərinin görüşündə iştirak edəcək
Bakı/06.12.18/Turan: Dekabrın 6-da dövlət başçısı İlham Əliyev gözlənilmədən Sankt-Peterburqa işgüzar səfərə gedib.
Rəsmi məlumatda deyilir ki, İ.Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiya prezidentindən dəvət alıb.
Qeyd edək ki, Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir. İclasda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da iştirak edir.
Xatırladaq ki, ötən dəfə Düşənbədə Putinin təşəbbüsü İ.Əliyevlə N.Paşinyanın qeyri-formal danışıqları ilə başa çatmışdı. 02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz