Prezident İlham Əliyevin BMT baş katibilə görüşü
Bakı/21.09.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ötən gün BMT baş katibi Antoniu Quterreşlə görüşüb.
Dövlət başçısının saytının məlumatına görə, A. Quterreş Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O deyib ki, Azərbaycan BMT layihələrində fəal iştirak edir.
Baş katib Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirib. O ümidvar olduğunu bildirib ki ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün mümkün olan hər şeyi edəcəklər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan BMT çərçivəsində böyük iş aparır. Əsasən Azərbaycan BMT Sivilizasiyalar Alyansının forumlarını, mədəniyyətlərarası forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində tədbirləri keçirib.
İ.Əliyev Azərbaycanın Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiq olduğunu bildirib. O, diqqəti Azərbaycanın işğal edilmiş ərazilərində dünyanın müxtəlif ölkələrindən etmənilərin qanunsuz yerləşdirilməsinə yönəldib.-06D--
-
- Cəmiyyət
- 21 Sentyabr 2017 12:20
-
- İqtisadiyyat
- 21 Sentyabr 2017 12:34
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz