Açiq mənbələrdən foto.
Prokurorluq jurnalistlərin minaya düşməsində erməni diversiyası ehtimalını istisna edir
Bakı/07.06.21/Turan: Azərbaycan Baş Prokurorluğu Kəlbəcərdə jurnalistlərin düşdüyü tank əleyhinə minanın erməni qanunsuz silahlı birləşmələrinin Kəlbəcər rayonunu tərk edən zaman basdırıldığını ehtimal edir.
Baş Prokurorluğun 7 iyun tarixli məlumatında deyilir ki, bir sıra kütləvi informasiya vasitələri və sosial media minanın erməni diversiyaçıları tərəfindən yerləşdirilməsi barədə əsassız iddialar dərc edir.
“Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra oraya düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir”, deyə məlumatda qeyd edilir.
Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240x230 sm ölçülərində 97 sm dərinliyində çuxur və yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkarlanıb. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.
Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal edilir
Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri Kəlbəcər rayonunu tərk edən zaman geri çəkildikləri əraziləri minalayıblar, deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında (Ermənistanla sərhəddən 4 km məsafədə) “Kamaz” avtomobili minaya düşüb, nəticədə üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Həlak olanların ikisi jurnalistdir. -02D-
-
- İqtisadiyyat
- 7 İyun 2021 14:44
-
- Maliyyə
- 7 İyun 2021 15:34
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
Rəy yaz