Ариф Гаджилы
Qərb dövlətlərinin səfirlikləri müsavatçılara təzyiqlərlə maraqlanırlar
Bakı/05.12.18/Turan: Çərşənbə günü Müsavat Partiyasının sədri Arif Hacılı Böyük Britaniya səfiri Kerol Krofts ilə görüşüb.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı partiyaya artan təzyiqlər, söz və ifadə azadlığına hücumlar, ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin partiya və Böyük Britaniya səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu həftə A.Hacılı ABŞ səfirliyinin nümayəndəsi ilə də görüşüb.
Qeyd edək ki, son həftələr Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli həbs edilib, partiyanın mətbuat xidmətinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət ittihamı irəli sürülüb.-06D--
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz