Açiq mənbələrdən foto.
Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər
Bakı/08.06.21/Turan: İyunun 7-də Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri nin bir sıra beynəlxalq problemlərlə bağlı üçtərəfli telefon söhbəti olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müzakirə olunan mövzular arasında Ermənistan-Azərbaycan sərhəddində vəziyyət, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinin gedişi də olub.
“Atəşkəs rejiminə ciddi əməl olunmasının və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinin vacibliyi vurğulanıb. Nazirlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun rolunu təsdiqləyiblər. Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların hər hansı qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür", - məlumatda qeyd olunur.
Rusiya Xarici İşlər Nazirliyi söhbətin hansı təşkilatlardan getdiyini dəqiqləşdirmir, baxmayaraq ki, bundan öncə Fransa prezidenti Makron müzakirələrin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına çıxarılmasını təklif etmişdi. Bu, sərhəddə vəziyyət gərginləşəndə baş vermişdi. Elə həmin vaxt Ermənistanın baş naziri Paşinyan iki ölkə sərhəddində ATƏT müşahidəçilərinin yerləşdirilməsini təklif etmişdi.
Üç nazirin söhbətilə bağlı Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Paris "Minsk Qrupu çərçivəsində və digər beynəlxalq meydançalarda Rusiya ilə sıx əməkdaşlıq etməyə hazırdır".
Əgər bundan öncə Makron Azərbaycandan "öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağı" tələb edirdisə, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yalnız "bu ərazilərdə baş verən son hadisələrdən asılı olmayaraq, delimitasiya və demarkasiya çağırışlarının aradan qaldırılması üçün tərəflər arasında danışıqlara başlanılmasının vacibliyindən" danışılır. -02D-
-
- Siyasət
- 7 İyun 2021 22:06
Siyasət
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Brüsseldə NATO Hərbi Komitəsi Baş Qərargah rəisləri formatında keçirilən iclasda iştirak edib.
-
“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir həftə müddətinə dayandırılıb. Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da yazıb.
Azərbaycan-Qərb və Azərbaycan-Rusiya münasibətləri. Münasibətlər hara istiqamətlənib? – Nahid Cəfərov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 171
Rəy yaz