"Sərhədsiz reportyorlar" Əfqan Muxtarlı barəsində hökmü qəti şəkildə pisləyir
Paris/12.01.18/Turan: "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı jurnalist Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü qəti şəkildə pisləyib.
Təşkilatın bəyanatında məhkəmə prosesi qeyri-obyektiv, irəli sürülmüş ittihamlar isə əsassız və saxta adlandırılır.
Təşkilatın fikrincə, bu hökm, digər məqsədlərlə yanaşı, jurnalistin həmkarlarını qorxutmaq məqsədi daşıyır.
"Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır. Yalnız beynəlxalq ictimaiyyətin çox sərt mövqeyi onları bu cür cəzalardan qoruya bilər", deyə bəyanatda qeyd edilir.
Xatırladaq ki, Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə Gürcüstanın polis əməkdaşları tərəfindən oğurlanıb və Azərbaycan hakimiyyətinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro qoyublar və onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər.
Muxtarlı Bakıda təqibə məruz qaldıqdan sonra Tbilisiyə köçüb, Azərbaycanın müxalif nəşrləri ilə işləyir, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarının araşdırılması ilə məşğul olurdu. -0-
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz