
Tbilisidə qarşıdurmalarda 240 nəfər xəsarət alıb
Bakı/21.06.19/Turan: Tbilisidə dünənki kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı sürətlə artmaqda davam edir. Rəsmi olaraq yaralıların sayının 240 nəfərə çatdığı, o cümlədən 80 polisin yaralandığı etiraf olunub, bu barədə bu gün Gürcüstan FHN-in nümayəndəsi Avtandil Talakvadze bildirib.
Bir neçə nəfərin vəziyyəti ağırdır, 100-dən çox yaralı xəstəxanalardadır.
Müxalifət cümə günü axşam saatlarına hökumətin və güc nazirlərinin istefası tələbi ilə etiraz aksiyasının davamını təyin edib. -02D-
-
- Maliyyə
- 21 İyun 2019 13:13
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz