Tofiq Yaqublunun səhhəti pisləşib
Bakı/11.04.20/Turan: Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqunun səhhətində problem yaranıb.
Bu barədə Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Onun sözlərinə görə, Yaqublunun astma xəstəliyi kəskinləşib. "Bu gün ata ilə danışdım. Əhvalı yaxşı olsa da, astması kəskinləşib, öskürməyi artıb. Buna səbəb ətrafındakı insanların siqaret çəkməsidir. Qolunun ağrısı da artıb". Həzi əlavə edib ki, karantin olduğuna görə Yaqublu ilə görüşə bilmirlər. "Dərmanları da verə bilmirik. Ataya təcili həkim lazımdır".—21D-
Siyasət
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
-
Cənubi Kaliforniyada yanvarın 7-də başlamış yanğını lokallaşdırmaq mümkün olmayıb. ABŞ prezidenti Co Bayden genişmiqyaslı təbii fəlakət rejiminin tətbiq edildiyini açıqlayıb.
Rəy yaz