Açiq mənbələrdən foto.
Türkiyə Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırır
Bakı/12.11.20/Turan: Türkiyə Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırır. Bu barədə bu gün nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bildirib.
“Qafqazda baş verən son hadisələr fonunda biz Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırırıq. İlkin tədqiqatlar tezliklə başa çatacaq”, - “Anadolu” agentliyi Karaismayıloğludan sitat gətirib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və RF liderlərinin birgə bəyanatının maddələrindən biri də Azərbaycandan onun Naxçıvan Muxtar Respublikasına dəhlizin açılmasıdır.
Bu dəhliz ilə artıq sovet dönəmində istismar edilmiş dəmir yolu var.
Türkiyədən Naxçıvana yol çəkiləcəyi və onun Ermənistan ərazisilə bir hissə ilə birləşdirilməsi halında Azərbaycanla Türkiyə arasında artıq inşa edilmiş Bakı-Tbilisi-Qars yolundan başqa daha bir dəmir yolu əlaqəsi yaranacaq.06D-
-
- İqtisadiyyat
- 12 Noyabr 2020 13:23
-
- Siyasət
- 12 Noyabr 2020 14:06
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz