Türkiyə səfri QMİ sədrilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çərşənbə günü Türkiyənin Azərbaycandakı səfri İsmayıl Alper Coşkunu qəbul edib.
Tanışlıq xarakterli görüşdə A.Paşazadə yeni fəaliyyətə başlamış səfirə gələcək fəaliyyətində uğurlar diləyib. Səfirin dini-mənəvi sahədə əməkdaşlığın da dərinləşdirilməsi yönündə səy göstərəcəyinə ümid ifadə edib.
Səfir səmimi qəbula görə təşəkkür edib. Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərpası işinə verdiyi şəxsi töhfənin böyük olduğunu söyləyib.
Səfir Şeyxülislam A.Paşazadənin Avrasiya Forumunun bu ay baş tutacaq növbəti toplantısına dəvətli olmasının önəmli olduğunu deyib. QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərin dərinləşməsində faydalı odluğu vurğulanıb. -05D-
-
- İqtisadiyyat
- 7 Noyabr 2012 18:10
-
- Söz istəyirəm
- 7 Noyabr 2012 18:27
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz