
Audrey Azoulay
Bakı/07.06.21/Turan: UNESCO-nun baş direktoru Odri Azulay (Audrey Azoulay) iyunun 4-də Kəlbəcər rayonunda minaya düşən Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması ilə bağlı bəyanat verib.
“Sirac Abışovun və Məhərrəm İbrahimovun faciəvi ölümü haqqında xəbər məni heyrətə salıb. Jurnalistlər öz işlərini şəxsi təhlükəsizlik riski olmadan həyata keçirməlidirlər”, deyə UNESCO-nun saytı Azulaydan sitat gətirir.
Məlumatda həmçinin qeyd edilir ki, UNESCO BMT-nin jurnalistlərin təhlükəsizliyinə dair Fəaliyyət Planı çərçivəsində media təmsilçilərinin təhlükəsizlik potensialının artırılması üzrə qlobal işlər həyata keçirir. –16D06-
Rəy yaz