Azərbaycan prezidentinə müraciət
Nə etməli? Bundan sonra necə yaşamalı, əgər sənin gözlərinin qarşısında bir gənci vicdanlı, düzgün və ləyaqətli olduğuna görə ölümə sürükləyirlərsə?
Səksən yaşlı Əkrəm Əylisliyə qarşı sayıqlama cinayət işi qaldırırlarsa, deməli, bizim keçmişimiz ilə haqq-hesab çəkirlər.
Mehman Hüseynovu ölümə sürükləyirlərsə demək ki, bizim gələcəyimizi məhv edirlər.
Artıq proses geriyə dönməz xarakter alır. Mən Azərbaycan prezidentinə müraciət edirək haqq-hesab maşınını durdurmağa çağırıram. Uşaqlarımızın gələcəkdə normal həyat yaşaya bilməsi üçün bu gün ən yaxşıları məhv etməməliyik. Bir əsr öncə bütün Şərq üçün azadlıq və ədalət nümunəsi olan ölkədə özünü bizim dövlətçiliyin əsasını dağıdan korrupsiyaya qarşı mübarizəyə həsr etmiş gəncin məhv edilməsi yolverilməzdir.
-
- Cəmiyyət
- 7 Yanvar 2019 17:41
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz