Turan – Contact saytlarının işindəki nasazlıq haqda
Hörmətli oxucular, mayın 15-də Turan agentliyinin hostinqinin yerləşdiyi serverdə (www.turan.az) və (www.contact.az) nasazlıq yaranıb.
Bu səbəbdən hostinq-provayder serverin fəaliyyətini dayandırıb. Bizə bildirildiyi kimi, nasazlığın səbəbi serverə kütləvi qoşulmadır. Görünür, Turan agentliyinin blokadası məqsədilə DDos hücum baş verib.
Mayın 16-17-də nasazlığın aradan qaldırılması, saytların bərpası və onların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülüb.
Hazırda saytlar kiçik məhdudiyyətlərlə fəaliyyət göstərir. Tam bərpa 24 saat ərzində gözlənilir.
Anlayışınız üçün təşəkkür edirik. –0—
-
- Siyasət
- 17 May 2020 16:14
-
- İqtisadiyyat
- 18 May 2020 11:44
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz