Açiq mənbələrdən foto.
Şəhid valideynlərinə vəd veriblər ki, yenidən dəfn məsələsi bir həftə ərzində həll olunacaq
Bakı/27.01.21/Turan: İkinci Qarabağ Müharibəsində şəhid olan 17 nəfərin dəfn məsələsi fevralın 3-dək həll ediləcək. Bu barədə bu gün Yasamal Rayon İcra Hakimiyyətindən şəhidlərin etirazçı qohumlarına bildiriblər.
"Biz Yasamal Rayon İcra Hakimiyyətində qəbulda olduq, övladlarımızın ya İkinci Şəhidlər Xiyabanında, ya da Yasamal rayonundakı parkda yenidən dəfn edilməsi barədə tələbimizi təqdim etdik. Bizə dedilər ki, bir həftə ərzində cavab verəcəklər", - etirazçılardan biri bildirib.
Valideynlər bildiriblər ki, əgər bir həftə ərzində məsələ həll olunmasa, onlar öz övladlarını özləri başqa yerlərdə dəfn edəcəklər.
Xatırladaq ki, həlak olanların valideynləri artıq üç gündür ki, şəhər yollarını bağlayırlar və öz şərtlərinin yerinə yetirilməsini tələb edirlər. Onlar övladlarının dəfn edildiyi qəbiristanlıqdan narazıdırlar, bunu ayrı-seçkilik və hörmətsizlik hesab edirlər. –06D-
Siyasət
-
Rusiya tərəfi Çeçenistan səmasında AZAL-ln təyyarəsinin vurulmasında əli olduğunu inkar etmək üçün hər şeyi edir. Rusiya KİV quşlarla toqquşma və təyyarənin düşməsindən əvvəl göyərtədə balonun partlaması barədə xəbərlər yayır.
-
ABŞ-ın yeni məlumatları göstərir ki, Azərbaycanın Qazaxıstanda qəzaya uğramış sərnişin təyyarəsini Rusiyanın hava hücumundan müdafiə sistemi vura bilərdi, - Turan-ın Vaşinqton müxbiri adlarının açıqlanmasını istəməyən iki amerikalı məmura istinadən bildirib.
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
Rəy yaz