Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının “Pandora Dosyesi”ndə Əliyevlər ailəsinin əmlak ticarətinə dair aşkarlanan və sənədlərlə sübut olunan faktlara dair
MÖVQE SƏNƏDİ
“Pandora Dosyesi”ndə Əliyevlər ailəsinin Londonda 2006-2016-cı illər üzrə əmlak ticarətinin dövriyyəsi 429 milyon funt sterlinq və ya 1 milyard manat təşkil edib. Bu biznesin mənbəyinin çirkli korrupsiya pulları olduğu heç kəsdə şübhə doğurmur. Çünki, İlham Əliyev hesabat illərindəki prezidentlik maaşı ilə bu qədər vəsaiti sərmayə etmək üçün 3070 il iş stajına malik olmalıdır. Əliyevlər ailəsinin Londondakı əmlak biznesinə sərmayə yatırması İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə baş verməsi onun vəzifəsindən sui-istifadə etməsinin, korrupsiyaya qurşanmanın və qeyri-qanunu biznes fəaliyyətinin nəticəsidir. Bu, ölkənin sərvətlərinin və büdcəsinin talan edilməsi ilə bağlı ADR Hərəkatının dəfələrlə açıqladığı korrupsiya faktlarını təsdiq edir və Əliyevlər ailəsinin korrupsioner fəaliyyətinin ifşasıdır. ADR Hərəkatı hesab edir ki, Əliyevlər ailəsinin gizli biznesinə dair faktların aşkarlanması ölkənin investisiya və korrupsiya reytinqinə mənfi təsir göstərəcək, kredit reytinqini aşağı salacaq ki, bütün bunlar da hazırda işğaldan azad olunmum ərazilərdə əhəmiyyətli rola malik xarici sərmayələrin cəlbinə riskləri və təhlükələri artıracaq.
ADR Hərəkatı korrupsiyaya qarşı mübarizə aparmaq üçün dəfələrlə təkliflər irəli sürüb, sonuncu dəfə 14 iyul 2020-ci ildə “Korrupsiya qarşı mübarizə üzrə 32 vacib addım” Planını hakimiyyətə təqdim edib, lakin mövcud hakimiyyət indiyə qədər korrupsiya ilə mübarizə istiqamətində heç bir əhəmiyyətli addım atmayıb, əskinə rüşvətxorluq və korrupsiya gəlirlərinin mərkəzləşdirilməsinə, ofşor zonlarda şirkətlərin qurulmasına və bu vasitə ilə Azərbaycandan çıxarılan çirkli pulların xaricdə yuyulmasına şərait yaradıb.
ADR Hərəkatı bir daha xatırladır ki, korrupsiya ilə mübarizədə ilk addım Prezident, vitse-prezident, parlamentin spikeri, baş nazir, nazirlər, dövlət komitə rəhbərləri, Mili Məclis üzvləri, yerli İcra hakimiyyəti başçıları da daxil olmaqla bütün orta və iri ranqlı dövlət məmurlarının, prokurorların, hakimlərin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının işçilərinin “Gəlirləri və əmlakına dair bəyannamə”lərini dərc etməsi olmalıdır. Bununla yanaşı, “Rəqabət Məcəlləsi”, “Büdcə Məcəlləsi”, “Maraqlar toqquşması haqqında”, “Məlumatlandırıcının müdafiəsi haqqında”, “Dövlət maliyyə nəzarəti haqqında”, “Mülkiyyət sahibliyinin açıqlanmasına dair” Qanunlar qəbul edilməli, Mülkiyyət sahibliyinə və şirkətlərin ödənişlərinə dair məlumatların açıqlanmasına olan qadağalar “Kommersiya sirri haqqında” Qanundan çıxarılmalı, mövcud qanunlar anti-korrupsiya ekspertizasından keçirilməlidir. Ölkədə məhkəmə hakimiyyətinin icra və digər hakimiyyətlərdən asılılığına son qoyulmalı, müstəqil Mərkəzi Bank yaradılmalı, azad mətbuat və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əngəllər aradan qaldırılmalı, şəffaflıq, hesabatlıq və informasiyaya çıxış imkanları artırılmalıdır.
ADR Hərəkatı dövlət başçısı İlham Əliyevi ailəsinin korrupsioner fəaliyyətinə dair iddialara cavab və xalqa izahat verməyə çağırır, baş prokurorluqdan ölkə rəhbərinin və ailəsinin biznesinə dair “Pandora dosyesi” yer almış faktları araşdırmağı tələb edir.
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz