Charles Michel.
Şarl Mişel 22 may bəyanatı ilə spekulyasiya etməməyə çağırır
Bakı/01.06.22/Turan: Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliyin kontekstində Avropa İttifaqını regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir. Bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurası prezidentinin mətbuat katibinin bəyanatında deyilir.
Mişel mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışlayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.
"Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli, o cümlədən, gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir".
Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır.
"Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir", - bəyanatda qeyd olunur.
Mayın 22-də Brüsseldə regionun açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə spekulyasiyalar təəssüf doğurur.
Nəhayət, prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb. O, Yerevanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılmasından üçün vicdanla işləmək niyyətində olduğunu bildirib, həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.
Yaxın günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona yola düşəcək", - bəyanatda deyilir.
Qeyd edək ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair sözügedən bəyanatında Dağlıq Qarabağın və bu regionun statusunun adı çəkilməyib. Bu, rəsmi Yerevanın narazılığına səbəb olub, Ermənistan müxalifəti isə yenidən Ermənistan hakimiyyətini milli maraqlara xəyanət etməkdə ittiham edib.02D
-
- Cəmiyyət
- 1 İyun 2022 11:41
Siyasət
-
Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.
-
ABŞ uzun müddətdir ki, Azərbaycanla energetika və fosil yanacaq tullantıları üzrə əməkdaşlıq edir. Əsasən, söhbət CO2 karbon dioksid tullantılarını azaldan və təmiz enerjiyə keçidə kömək edən texnologiyalardan gedir. Bu barədə noyabrın 15-də Bakıda COP29 zamanı mətbuat konfransında ABŞ-ın energetika naziri Cennifer M.Qranholm Turan-ın “Bərpa olunan və yaşıl enerjiyə keçiddə ABŞ Azərbaycana necə kömək edə bilər? sualının cavabında deyib
-
Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənlinin 1 saylı Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətinə qarşı şikayətinə baxılıb.
-
Ötən gün Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları ilə bağlı "dəhşətli" vəziyyət və COP29 müzakirə olunub. Müzakirələrdən sonra deputatlar hakimiyyəti Qubad İbadoğlu, Anar Məmmədli, Samir Aşurov və digər siyasi məhbusları azad etməyə çağırıblar.
Rəy yaz