Zvartnots Capital Airport February 1, 2021 According to the deputy from the opposition party

Zvartnots Capital Airport February 1, 2021 According to the deputy from the opposition party

Özünü “Dağlıq Qarabağın xarici işlər naziri” kimi qələmə verən David Babayan bildirib ki, Qarabağ münaqişəsinin iki həll yolu var: böyük müharibə (Azərbaycan üzərində qələbəni nəzərdə tutur – red.) və ya bütün ermənilərin regionu tərk etməsi.

Statistika göstərir ki, ermənilər müharibəni seçmir, ikinci varianta üstünlük verir. Məsələn, Eurasianet.org bildirir ki, müharibə zamanı 130 mindən çox erməni Ermənistana qaçıb (BMT-nin məlumatları). Ermənistanın Əmək və sosial məsələlər nazirinin hesablamalarına görə, 35 min nəfər Ermənistanda qalıb. Rusiya sülhməramlılarının məlumatına görə isə, Qarabağa 73 minə yaxın erməni qayıdıb.

Bu rəqəmlər şübhə doğurur. Erməni əhalinin bölgəni təkr etməsi haqqında məlumatlar gizlədilir. Rusiya sülhməramlılarının regionda beşillik iştirakının sona yaxınlaşması ilə ermənilərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik artır. 2025-ci ildə Bakı rus qoşunlarının çıxarılmasını tələb edərsə, bu, Qarabağda ermənilərin hakimiyyətinə son qoya bilər, deyə eurasianet yazır.

Amma Qərb diplomatlarının məlumatına görə, 2010-cu ildə Qarabağda 70 min erməni yaşayırdı, 2020-ci ildə onların sayı 55 minə düşüb. Rusiya sülhməramlıları da bunu təsdiq edir. Ötən ilki 44 günlük müharibə başa çatdıqdan sonra Rusiya sülhməramlı kontingenti ermənilərin Qarabağa qayıtmasını təşkil edib və 14.01.21 tarixinə qədər buraya 49 461 nəfər qayıdıb. Sonradan ermənilərin Qarabağdan əks istiqamətdə axını başlayıb. Prezident İlham Əliyevin Qarabağda bildirdiyinə görə, 25 minə yaxın yerli erməni qalıb. Qarabağ erməniləri Ermənistana köçür, oradan isə bu ölkənin pasportu ilə xaricə gedərək ermənilərin mühacirət statistikasına daxil olur. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında bu ölkədə əhali artımı cəmi 1252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövründəki göstəricidən 1,8 dəfə azdır. Hesabat göstəricilərini 2019-cu ilin yanvar-iyul göstəricisi ilə müqayisə etsək, 2,9 dəfəyə yaxın azalma olacaq.

NEWS.am-ın məlumatına görə, Ermənistanın daimi əhalisinin say dinamikasına ölkə sakinlərinin artan mühacirəti mənfi təsir göstərir. Ermənilərin RF-yə girişinə dair məlumatlar təqdim edilir. 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun ayları ərzində 103,6 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Onların 21,9 min nəfəri (və ya ümumi sayın 21%-i) cari ilin yanvar-iyun aylarının payına düşür.

Ötən il 30,5 min nəfər Rusiya vətəndaşlığını qəbul edib, bu rəqəmin 14,1 min nəfəri 2020-ci ilin birinci yarısına düşür. Erməni ekspertlər mühacirətin açıq-aşkar artdığını deyirlər.

Burada yalnız Rusiyaya köçən ermənilər haqqında məlumat verilib, amma ermənilər yeni yaşayış yeri üçün başqa ölkələri də seçirlər. Ötən ilin mühacirət rekordunun bu il qırılacağı gözlənilir.

İctimai şuranın miqrasiya məsələləri komissiyasının sədri, miqrasiya məsələləri üzrə ekspert Qaqik Yeqanyan bildirib ki, miqrasiya əhval-ruhiyyəsi xeyli artıb. “Ən az 25 ildir belə bir mənzərə ilə qarşılaşmamışdıq”, deyə o bildirib.

2021-ci ilin yanvar-mart aylarında, rəsmi məlumatlara görə, 63 713 vətəndaş Ermənistanı birdəfəlik tərk edib. Aprel ayında bu göstərici daha 16 827 nəfər, mayda isə 8 314 nəfər artıb. Beləliklə, ilin ilk 5 ayı ərzində sərnişin axınının mənfi saldosu artıq 90 000-ə yaxınlaşıb. Onların bir hissəsi keçmiş Qarabağ sakinləridir.

Müstəqil “XXI əsr” beynəlxalq assosiasiyasının prezidenti Arkadi Vartanyan 2000-ci ildə “Düdüyün kədərli melodiyaları” sərlövhəli məqaləsində iddia edirdi ki, Ermənistanda sistemli böhran nəticəsində kütləvi “fasiləsiz miqrasiya” başlayıb, bunun nəticəsində məqalənin yazıldığı dövrdə ölkə əhalisinin sayı artıq 3,6 milyon nəfərdən 1,3-1,5 milyon nəfərə qədər azalmışdı.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti