news.am
Bundan sonra nə olacaq? - deyə Azərbaycanda sual edirlər. Azərbaycan cəmiyyətinin bir hissəsi əmindir ki, Sarkisyan Rusiyanın iradəsinin icraçısı olaraq bu dəfə də komanda ilə hərəkət edib - Ermənistanda anti-Rusiya inqilabının başlamasına imkan verməmək üçün vəzifədən gedib. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Sarkisyan Moskvanın əmrini yerinə yetirib, məsələ yalnız Rusiyanın indi Yerevana kimi göndərəcəyindədir. Bu halda da Qarabağ məsələsində vəziyyət dəyişməyəcək.
Özümüzü aldatmayaq, müharibəyə başlamaq lazımdır, - deyə A.Nağı çağırış edir. Həm də sosialist Rüstəm Şahsuvarov qalib gələn Paşinyan "Qarabağlıları çoxdan bezdirmiş və korrupsiyaya batırmış bütün əxlaqsız rejimin" gedişinə nail olmağa başladıqda vəziyyətin gərginləşəcəyini proqnozlaşdırır.
Politoloq İlqar Vəlizadə sistemdənkənar müxalifətin hücumu nəticəsində Ermənistanın bütün siyasi sisteminin iflic vəziyyətinə düşdüyünü qeyd edir, ermənilərin yeni qurbanlar verəcəyini gözləyir. "Hələ qurbanlar olacaq, siyasi hərrac olacaq, vaxtından əvvəl parlament seçkiləri keçirilməsinə nail olmağa çalışacaqlar, pərdə arxasından real aktorlar çıxmağa başlayacaq, hər şey hələ təzə başlayır".
Ermənistan çevrilişin legitimləşdirilməsi yolundan gedəcək. Politoloq və deputat Rasim Musabəyov ölkə parlamentinin növbədənkənar iclas keçirərək, Serj Sarkisyanın istefasını qəbul edə biləcəyini, bunu vətəndaş sülh və razılığının saxlanması, Qarabağ naminə onun könüllü addımı kimi qələmə verməyə çalışacaqlarını təxmin edir. Karen Karapetyanın şəxsində Rusiyanın əlaltısı baş nazirin müavini qoltuğundan bu yaxınlarda tərk etdiyi hökumət başçısı qoltuğuna qayıdacaq. Bu, Moskvanı, elə Qərbi də tamamilə qane edəcək. Onda Ermənistanda aprelin 24-də "soyqırım"ın növbəti ildönümü ilə əlaqədar keçirilən ənənəvi kütləvi yürüş dinc şəraitdə keçiriləcək. Bəs hakim oliqarxiya tərəfindən bu güzəşt kifayət edəcəkmi və Nikol Paşinyan bununla rahatlayacaqmı, bunu hadisələrin sonraki gedişatı göstərəcək. Amma qanlı son variantı gündəlikdən çıxarılmayıb, baxmayaraq ki, artıq onun icrası çətin görünür, deyə Musabəyov sosial şəbəkədə yazıb.
Britaniyalı Qafqazşünas, məşhur "Qara Bağ" kitabının müəllifi Tom de Vaal Kiyevdən geri çağırılıb. O etiraf edir ki, bir ay əvvəl Ermənistanda olarkən orada dəyişikliklər təşəbbüsünün yalnız "yuxarıdan" gələ biləcəyini iddia edərkən yanılıb.
"Həmçinin, qeyd etmək lazımdır ki, Ermənistanda sistemli müxalifət yoxdur. Bu, partiyalara məxsus olmayan, parlamentdə az təmsil olunan şəhər gəncləri izdihamıdır. İndi Ermənistan yenidən parlament respublikası olduğu bir vaxtda ən böyük problem parlamentdə Respublika dinozavrlar partiyasıdır. Rusiya, Ukrayna və Azərbaycanda da olduğu kimi, problem yüksək siyasət və böyük biznesin sintezindədir. Parlament seçkiləri çox zəruridir, amma müxalifətin nə strukturu, nə də seçkilərdə qələbəni təşkil etmək üçün partiyası yoxdru", deyə Britaniyalı analitik yazır.
Ermənistanda sistem böhranının təqsirkarlarını "cəmiyyətin tələbatına məhəl qoymadan iqtisadiyyatı öz üzərinə götürən cinayətkarlar və Qarabağın çapovulçuluq edən veteranları" adlandıran Tom de Vaal Sarkisyan və Levon Ter-Petrosyanın bənzərliklərini müzakirə edir. Hər ikisi xalqla müharibədən imtina edərək, vəzifəni tərk ediblər.
Martda Ermənistan məmurları Tom de Vaala deyirdilər ki, Serj baş nazir olmağı çox da istəmirdi, bu yeri başqasına verərək, ölkəyə pərdə arxasından rəhbərlik etməyə üstünlük verirdi. Amma açıq namizəd yox idi və baş nazir vəzifəsini Sarkisyan tutdu. Analitik Qarabağ klanının başçısının asanlıqla istefa etməsinin səbəbini bunda görür.
İstənilən halda, Ermənistanın geosiyasi əsasları, çətin ki, dəyişsin. Xarici siyasətlə bağlı konsensus əldə olunacaq, Dağlıq Qarabağ üzrə amansız xətt davam etdiriləcək.
"Ermənistana Rusiya ilə alyans lazımdır. Serj artıq Aİ ilə sövdələşmə əsasında xarici siyasəti şaxələndirməyə başlayıb, Ermənistan iqtisadiyyatında diasporanın iştirakını genişləndirib. Yeni hakimiyyət Ermənistanda Rusiya hərbiçilərinə etiraz etməyəcək, amma əlbəttə ki, Rusiya iqtisadiyyatının inhisarına qarşı çıxacaq", Tom de Vaal belə hesab edir.
Rəy yaz