belvpo.com

belvpo.com

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Laçın rayonunu işğal etməsinin 25 illiyi Qarabağ münaqişəsi zonasında hərbi-diplomatik gərginliklə qeyd edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 18-də bununla bağlı bəyanat yayıblar. Sənədin tonu təkcə hər iki atəşkəs tərəfində deyil, həm də Azərbaycan və Ermənistan arasında qalan həmsədr ölkələr tərəfində də hədsiz gərginlik olduğunu göstərir.

Bu yaxınlarda atəşkəs sazişinin pozulmasını pisləyirik və tərəfləri münaqişə zonasında gələcək gərginliyin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə çağırırıq, ABŞ, Rusiya və Fransa nümayəndələrinin birgə bəyanatında belə deyilir.

MQ-nin bir neçə etibarlı mənbədən topladığı məlumata əsasən, mayın 15-də Azərbaycan silahlı qüvvələri təmas xəttində raket buraxaraq, Ermənistan tərəfin hərbi texnikasını məhv ediblər. Mayın 16-da axşam və 17-də Ermənistan silahlı qüvvələri müxtəlif çaplı minaatanlardan cavab zərbələri endiriblər. Bu addımlar hər iki tərəfdən atəşkəs rejiminin ciddi şəkildə pozulması deməkdir və narahatlıq üçün əsas verir, deyə bəyanatda qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi mayın 15-də operativ qaydada bildirib ki, Ermənistanın hava hücumundan müdafiə qoşunlarının "OSA" zenit-raket kompleksi elə həmin gün cəbhənin Füzuli-Xocavənd istiqamətində yeni mövqeyə keçirilib və Azərbaycanın hava məkanını nəzarət altına götürməyə cəhd edilib. "Azərbaycanın uçan aparatlarına qarşı təhlükənin aradan qaldırılması və düşmənin fəallığının yatırılması məqsədilə açılan atəşlərlə "OSA" zenit-raket kompleksi və nəqliyyat-silah dolduran maşın tamamilə sıradan çıxarılıb, şəxsi heyət məhv edilib".

Belə bir sual yaranır, Ermənistan komandanlığı hansı məqsədlə ZRK-ni ön mövqelərə çıxarıb? Turan-da olan məlumata görə, ZRK həqiqətən də ön mövqelərə çıxarılıb. Ola bilər ki, bu addımlar indiyədək Ermənistan RƏM üçün əlçatmaz olan Azərbaycanın pilotsuz aparatlarının rahat məhv edilməsinə imkan verən mövqenin ələ keçirilməsi məqsədinə xidmət edirdi. Bəlkə də, Ermənistan tərəfi Azərbaycan ordusunun uzaqdakı qapalı hədəflərə qarşı mübarizə qabiliyyətini yoxlayırdı.

İstənilən halda, işlək vəziyyətdə olan raket qurğusunun təmas xəttinə doğru köçürülməsi təxribat idi və Ermənistan SQ-nin şəxsi heyəti arasında gərəksiz itkilərə səbəb oldu ki, rəsmi Yerevan bu itkiləri inkar edir.

Bu hadisə göstərir ki, bütün Qarabağ regionunun işğalının, qanlı müharibənin və iki Cənubi Qafqaz dövlətinin uzun illər davam edən dağıdıcı qarşıdurmasının başlanğıcını qoyan Laçının işğalından 25 il sonra münaqişə tərəfləri onun nizamlanmasına hərbi-siyasi yanaşmalarını dəyişdirməyiblər.

Tərəflərin mart ayında yüz kilometrlərlə dərinlikdə yerləşən infrastruktur obyektlərinə zərbə endirməyə hazır olduqları haqqında rəsmi və qeyri-rəsmi bəyanatlarından sonra mayın 15-17-də baş vermiş hərbi gərginlik gözlənilən idi. Bu bəyanatlar növbəti dəfə silahlanmanın və qarşılıqlı hədələrin güclənməsinin başlanğıcını qoyan aprel döyüşlərinin birinci ildönümü ərəfəsində səslənib.

Turan Analitika Xidmətinin 2 aprel 2017-ci il tarixli "Aprel müharibəsi - gərginlik təmayülü" adlı məqaləsində münaqişənin nizamlanması, Qarabağ münaqişəsinin hərbi komponentinin güclənməsi və hərbi əhəmiyyətli daha genişmiqyaslı hadisələrin inkişafı kontekstində Ermənistan və Azərbaycanın güc xəttinin güclənməsi barədə qənaət ifadə olunub.

Azərbaycan XİN tərəfindən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində yerləşir və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir" sitatında ifadə olunan MQ həmsədrlərinin reaksiyasına kəskin qiymət və baş verənlərlə bağlı prinsipial mövqe beynəlxalq müşahidəçilərin müşahidəçi mövqeyi fonunda hərbi xarakterli yeni gərginliklərin gözlənildiyindən xəbər verir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti